Bütün xəbərlər
“Qars müqaviləsinin Naxçıvan üçün əhəmiyyəti” mövzusunda açıq dərs keçirilib
Tarix: 13-10-2022 19:38 | Bölmə: Sosial
      
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə bir qrup tələbəsinin iştirakı ilə “Qars müqaviləsinin Naxçıvan üçün əhəmiyyəti” mövzusunda açıq dərs keçirilmişdir.      
      Dərsi giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd olunmuşdur ki, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.1921-ci il oktyabrın 13-də imzalanmış Qars  müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Beləliklə,  Moskva və Qars kimi beynəlxalq müqavilələrdə Naxçıvanın taleyi həll olunmuşdur. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir.
      Diqqətə çatdırılmışdır ki, Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiy­yətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.
        Sonda elmi katib dərs iştirakçılarına mərkəzdə təşkil edilən kitab sərgiləri haqqında məlumat vermiş və tələbələrin sualları cavablandırılmışdır.
Sabaha-inamla.az





Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər