Bütün xəbərlər
Sumqayıtda natiqlik dərslərinə start verildi
Tarix: 12-10-2022 23:35 | Bölmə: Sosial

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan, Nazirliyin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə icra olunan “Şagird Diksiya klubu” layihəsi çərçivəsində 11 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhər 35 saylı tam orta məktəbdə ilk interaktiv seminar keçirilmişdir.
Layihənin məqsədi şagirdlərin düzgün nitq qabiliyyətini inkişaf etdirmək, qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında maarifləndirmək, aydın və səlis ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaqdır.
Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılmış, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında elektron təqdimat materiallar nümayiş etdirilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, layihənin icrasına ümumilikdə 100 nəfər şagirdin cəlb olunması nəzərdə tutulur.
Sabaha-inamla.az










Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər