Bütün xəbərlər
Sumqayıtda “Şagird Diksiya klubu” layihəsinəstart verildi
Tarix: 10-10-2022 21:25 | Bölmə: Sosial

08 oktyabr 2022-ci il tarixində Sumqayıt Gənclər Evində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib elan olunan “ŞagirdDiksiya klubu” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Qeyd edək ki, layihə Nazirliyin maliyyə,Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə icra olunur.
Tədbirdə dövlət himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən layihə rəhbəri Nigar Vəliyeva ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, layihənin əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışmışdır.
Tədbirdə35 saylı tam orta məktəbin direktoruNüşabə Həsənova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektoru üzrə baş məsləhətçisi Həsən Həsənli, Əməkdar artist Ələkbər Əliyev və digərləri layihənin gedişatına uğurlar arzulamış, bu cür layihələrin şagirdlərin nitq qabiliyyətinin inkişafına əhəmiyyətli təsir edəcəyini qeyd etmişlər.
Qeyd edək ki, 4 ay müddətində davam edəcək layihədə 12-17 yaş arası 100 şagirdin iştirak edəcəyi, natiqlik bacarığı mövzusunda interaktiv seminar və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Sabaha-inamla.az










Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər