Bütün xəbərlər
Sahibkarlarla növbəti görüş Sumqayıtda keçiriləcək
Tarix: 09-10-2022 20:50 | Bölmə: Sosial

                    Sahibkarlarla növbəti görüş Sumqayıtda keçiriləcək




SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
“Qafqazinfo” xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Sumqayıt şəhərində görüşü təşkil olunacaq.
Aksiya Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər