Bütün xəbərlər
Qaradağda vətəndaşlarla səyyar qəbul keçirildi - Fotolar
Tarix: 08-10-2022 23:40 | Bölmə: Sosial

                       Qaradağda vətəndaşlarla səyyar qəbul keçirildi


7 oktyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.









Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər