Bütün xəbərlər
Suraxanıda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi - Fotolar
Tarix: 07-10-2022 21:25 | Bölmə: Sosial

Suraxanıda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi



Suraxanıda Vətən müharibəsi şəhidi Ruhid Uğur oğlu İslamlının anım günü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak edib.
Əvvəlcə Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər xiyabanında Ruhid İslamovun xatirəsi yad edilib, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Mərasimdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Suraxanıda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində 315 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.
Qeyd edək ki, şəhid Ruhid İslamlı “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.











Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər