Bütün xəbərlər
“Bakı-Gəncə qatarının qiyməti çox bahadır” - Video
Tarix: 06-10-2022 23:30 | Bölmə: Sosial

                      “Bakı-Gəncə qatarının qiyməti çox bahadır”



Xalq artisti Brilliant Dadaşova Bakı-Gəncə-Bakı qatarlarının gedişhaqqı tarifindən narazıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda bildirib:
“Dünən Gəncəyə qatarla gəldim, bu gün də qatarla qayıdırıq. Dostumuzun oğlunun toyu idi. Maşallah olsun, qatarımıza baxın, rahat-rahat. Elə bilərsiniz, reklam edirəm, pulunu vermişəm. Sadəcə bahadır. Həqiqətən də çox bahadır. Yəni adambaşı 100 yox, 50 manat olsa, çox əla olardı. Amma rahatdır, dünyanın bərkgedən ölkələrində belə bu cür vaqonlar yoxdur”. 
O, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə səslənib: “Bəlkə səsimizi eşidərlər, bir az ucuzlaşdırarlar. Zəhmət olmasa, bu biletləri bir az ucuzlaşdırın, tez-tez gedib gələk”. 
Qeyd edək ki, Bakı-Gəncə qatarlarında standart sinfin qiyməti 15, biznes sinfin qiyməti 33, birinci sinfin qiyməti isə 100 AZN təşkil edir.


                      


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər