Bütün xəbərlər
Şagirdlərin məktəbdə yemək bişirməsinə aydınlıq gətirildi - Video
Tarix: 05-10-2022 23:34 | Bölmə: Sosial

Şagirdlərin məktəbdə yemək bişirməsinə aydınlıq gətirildi



Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.
“Qafqazinfo” xəbər verir ki, məktəbdən APA-ya bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.
“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.


               


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər