Bütün xəbərlər
Rektor müəllimlərlə görüşüb
Tarix: 05-10-2022 18:15 | Bölmə: Sosial

     Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov 5 Oktyabr –Müəllimlər Günü münasibətilə müəllimlərlə görüşüb.
     İnstitut rəhbəri Aqil Şirinov öncə yeni tədris ilinin başlanması və 5 Oktyabr –Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Təhsilin cəmiyyət vəxalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan rektor ümummilli liderHeydər Əliyevin təhsil haqqında fikirlərini bölüşüb: “Cəmiyyət təhsilsiz inkişafedə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçünçox problemlərlə rastlaşar”.
       A. Şirinov daha sonra ali təhsil müəssisəsi qarşısında duranməqsəd və hədəflərdən söhbət açıb. Bildirib ki, Aİİ müəllimləri tələbələrlə təkcəauditoriyalarda deyil, dərslərdənkənar vaxtlarda da ünsiyyət saxlamalı, onların tədrisləbağlı problemlərinin həllində yardım etməlidirlər.
      Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi haqqında fikirlərini bölüşən rektorbildirib ki, Aİİ-də dərslərin, xüsusilə dil fənlərinin səmərəliliyininartırılması üçün əlavə kurslar təşkil edilir.Müəllimlərin bu kurslarda təmənnasız iştirak etdiyini bildirən A.Şirinov onlara dərin minnətdarlığını bildirib.
       Aİİ rəhbəri elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, professor-müəllimheyətinin fəaliyyətinin artırılması məsələsinə də toxunub.
     Tədbirdə Aİİ-nin yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanmasında səmərəlifəaliyyəti ilə fərqlənən müəllimlərə hədiyyələr təqdim olunub.
Sabaha-inamla.az






Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər