Bütün xəbərlər
Adil Əliyevin doğum gününü TƏBRİK EDİRİK!-Namiq MƏMMƏDLİ
Tarix: 25-09-2022 15:58 | Bölmə: Sosial

    25 sentyabr Milli Məclisin sədr müavini Adil Əliyevin doğum günüdür. Adil müəllim, səmimi, təvazökar bir insandır.O, dövlətimiz, dövlətçiliyimizi sevən, Prezidentimizi hər zaman dəstəkləyən bir ziyalıdır. Haqqın, ədalətin, ona müraciət edən sadə, kasıb insanların yanındadır. Adil müəllim insanların zəhmətini görür və ona dəyər verməyi bacarır. 
     Onu ilk dəfə 44 günlük müharibə vaxtı görmüşəm. Jurnalist fəaliyyətimi izləyib və dəyər verib. Milli Məclisdə- 44 günlk müharibəni işıqlandırdığıma görə məni Fəxri Fərmanla təltif edib.
Mən öz adımdan və Sabaha-inamla.az xəbər portalının adından Adil müəllimi səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı, işlərində uğurlar arzulayıram!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər