Bütün xəbərlər
Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib
Tarix: 23-09-2022 15:24 | Bölmə: Sosial

Sentyabrın 23-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Dopinq vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması" mövzusunda təlim keçirilib.
    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sabaha-inamla.az-averilən məlumata görə Azərbaycan Milli Antidopinq  Agentliyinin  (AMADA)  ekspertləri tərəfindən keçirilən təlim gömrük əməkdaşlarının maarifləndirilməsi və peşəkarlıqlarının artırılması  məqsədilə təşkil edilib.
     Təlimdə antidopinq sahəsində ümumi məlumat, antidopinq qaydaları və təcrübəsi, qadağan edilmiş siyahı, dopinq preparatları, poçt bağlamaları ilə bağlı qlobal trend, AMADA-nın araşdırmaları və digər  mövzularda müzakirələr aparılıb, bu sahədə beynəlxalq təcrübəyə dair məlumat verilib, iştirakçılar üçün praktiki məşğələlər keçirilib.
Sabaha-inamla.az












Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər