Bütün xəbərlər
Dünyanın 11 aparıcı neft şirkəti ilə bağlanmış " Əsrin müqaviləsi"...
Tarix: 20-09-2022 14:15 | Bölmə: Sosial


20 sentyabr 1994 cü il...
Dünyanın 11 aparıcı neft şirkəti ilə bağlanmış " Əsrin müqaviləsi"...
Heydər Əliyevin 2 ci dəfə hakimiyyətə qayıdışı elə bir dövrə təsadüf edirdi ki,Azərbaycan yox olmaq təhlükəsi qarşısında idi.Xarici və daxili siyasət kritik bir vəziyyətdə idi. Xalq aclıq və səfalət içində idi. Gecədən tutulan çörək növbələri...Separatçı qüvvələrin at oynatması...
Azərbaycan adlı məmləkətimizi Avropada belə tanımırdılar.
Həmin dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ulu Öndər əlində Azərbaycanın xəritəsi dünyanı gəzdi.Azərbacanın harada yerləşdiyini,artıq müstəqil dövlət olduğunu dünyaya anlatdı. Böyük səylər və əziyyətlər hesabına nəhayət ki, " Əsrin müqaviləsi" bağlandı. Azərbaycan iqtisadiyyatı bərpa olunmağa başladı.
Bu gün " Əsrin müqaviləsi " nin bağlanmasından 28 il keçir.
Rahat uyu,xalqını düşünən Öndər !


Gülnaz Abdullayeva,
Azərbaycan Respublikasının
əməkdar müəllimi

Sabaha-inamla.az


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər