İsmayıllı rayonunun Sumağallı kəndində yeni məktəb binası istifadəyə verilib
Tarix: 15-09-2022 18:05 | Bölmə: Sosial


    İsmayıllı rayonunun Sumağallı kəndində inşa olunan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
     Açılış mərasimində RİH-nin başçısı Nahid Bağırov, Elm və Təhsil Nazirinin müşaviri, Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Dağlıq Şirvan Regional Təhsil İdraəsinin müdrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev, məktəbin pedaqoji kollektivi iştirak edib.
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
     Daha sonra məktəbdə yaradılan şəraitlə tanış olunub.
     1923-cü ildə inşa olunmuş Sumağallı kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən ölkə Prezidentinin Sərəncamı ilə müasir tələblərə cavab verən iki mərtəbədən, üç korpusdan ibarət 264 şagird yerlik yeni məktəb binası inşa edilib. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.
      Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Sabaha-inamla.az























Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər