Bütün xəbərlər
Deputat Jalə Əliyevaya ağır itki üz verib
Tarix: 13-09-2022 05:35 | Bölmə: Sosial


    Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.
Sabaha-inamla.az xəbər verir ki, deputatın bibisi dünyasını dəyişib. Bu barədə o özü sosial şəbəkədə yazıb.Həmin yazını diqqətə çatdırırıq:

"Zərdabın tanınmış bəylərindən, xeyriyyəçi, maarifpərvər Əliyevlər nəslinin son moqikanlarından olan əziz bibim, 'Tərəqqi" medallı, çox sayda dövlət təltiflərinin sahibi, Azərbaycanımızda minlərlə gəncin yetişməsində, təlimində və tərbiyəsində əvəzsiz xidməti olmuş Raya Səlim qızı Quliyeva bu gün səhərə qarşı haqqın rəhmətinə qovuşdu... Atamı itirəndə çox gənc idim. Onun yoxluğunu mənə hiss etdirməməyə çalışan, bunun üçün əlindən gələni edən, sevincimə sevinən, kədərimə kədərlənən, mənə hər zaman düzgün olan yolu göstərən dayağım, məsləhət yerim, keçdiyi həyat yolu ilə fəxr etdiyim o fədakar insan artıq dünyada yoxdur... Nur içində yat, canım bibim!"
Allah rəhmət eləsin!
Sabaha-inamla.az


Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər