Bütün xəbərlər
1-ci sinfə gedəcək şagirdlərimizə məktəbli çantası və dərs ləvazimatları hədiyyə ediblər
Tarix: 11-09-2022 21:48 | Bölmə: Sosial

    Milli Məclisin deputatı Sadiq Qurbanov 9-10 sentyabr 2022-ci il tarixdə İnci Şirkətlər Qrupunun rəhbəri Mikayıl Yusifov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və bir çox təhsil işçiləri ilə birlikdə Şabran rayonu üzrə Xəlfələr, Dağbilici, Xəlilli, Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı, Aygünlü və Xırdaoymağa kənd məktəblərində, Siyəzən rayonunun isə Məşrif, Qozağacı, Dağqyşçu, Ramazanov adına 5 saylı şəhər məktəbi, Gilgilçay və Tağay orta məktəblərində 1-ci sinfə gedəcək bütün şagirdlərimizə məktəbli çantası və lazım olan bütün dərs ləvazimatları hədiyyə ediblər.
   Eyni zamanda adı çəkilən məktəblərin kitabxanalarına 300-dən artıq əlavə dərs vəsaiti, müəllimlərinə isə müxtəlif kitablar hədiyyə olunub. Deputat dəstəyə görə İnci Şirkətlər Qrupuna öz təşəkkürünü bildirib.
Həmçinin, Siyəzən və Şabran rayon məktəblərinin müəllimlərin sertifikasiya imtahanından yüksək nəticə əldə etmiş müəllimlərini təbrik edib və şərəfli peşələrində uğurlar arzulayıb!

Sabaha-inamla.az










































Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər