22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
XTQ qazisinin ali məktəb tələbəsi adını qazanması deputatı sevindirib
Tarix: 10-09-2022 19:31 | Bölmə: Sosial


XTQ qazisi, Şuşa fatehi Elnur Salahovun ali məktəb tələbəsi adını qazanması Milli Məclisin deputatı Sahib Alıyevi sevindirib. O bu barədə belə yazıb:
"Tərtərli gənclərdən birinin bu il ali məktəb tələbəsi adını qazanması məni özəlliklə sevindirdi. O, Şuşanın düşməndən azad edilməsində xüsusi təyinatlı kimi böyük igidlik göstərən "Azərbaycan Bayrağı" ordenli qazimiz Elnur Salahovdur.
Məni orası da sevindirdi ki, Elnura tələbə kimi xeyir-dua verənlərin içində onun xidmət etdiyi xüsusi təyinatlı hərbi hissənin formalaşmasında az rol oynamayan, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllim də vardı".

Sabaha-inamla.az




Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər