22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ceyhun Məmmədov: " Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik "
Tarix: 09-09-2022 23:52 | Bölmə: Sosial

"Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm".
Bu fikirlər Milli Məclisin deputatı Ceyhun Məmmədova məxsusdur.
O, qeyd edib ki, ancaq hesab edirəm sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir. Nə üçün? Birinci ona görə ki, bu müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkinci şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədə uyğundur.
Deputat onu da vurğulayıb ki, bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə qüsur və xəta varsa ciddi cəza da olmalıdır.

Sabaha-inamla.az





Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu