Bütün xəbərlər
Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə görüşüb
Tarix: 09-09-2022 13:59 | Bölmə: Sosial


Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə görüşüb. Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin, o cümlədən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında sərhəd ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, bu istiqamətdə atılacaq addımları müzakirə ediblər. İran üzərindən Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil yolu körpüsünün, eyni zamanda iki ölkə arasında Astaraçay üzərindən avtomobil yolu körpüsünün tikintisi ilə bağlı görülən işlər haqqında danışıblar.
Sabaha-inamla.az 


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər