22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlanıb
Tarix: 07-09-2022 18:40 | Bölmə: Sosial

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlanıb



Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.



Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər