22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Petkim”in İdarə Heyətinə yeni rəhbər təyin olundu
Tarix: 07-09-2022 18:12 | Bölmə: Sosial

                    “Petkim”in İdarə Heyətinə yeni rəhbər təyin olundu



Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində dəyişikliklər olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report” Türkiyənin Kamu Aydınlatma Platformasına istinadən məlumat verib.
Bildirilir ki, bundan sonra şirkətin İdarə Heyətinə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov rəhbərlik edəcək. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edəcək.
SOCAR-ın digər vitse-prezidenti Kənan Nəcəfov isə “Petkim”in İdarə Heyətinin sədr müavini təyin edilib.
İdarə Heyətinin üzvləri və vəzifə bölgüsü aşağıdakı kimidir:
Süleyman Qasımov (İdarə Heyətinin sədri)
Kənan Nəcəfov (İdarə Heyətinin sədr müavini)
Zaur Qurbanov (İdarə Heyətinin üzvü),
Teymur Abasquliyev (İdarə Heyətinin üzvü),
Mehmet Celal Savaş (İdarə Heyətinin üzvü),
Sibel Uğur (İdarə Heyətinin üzvü),
Murat Zaman (İdarə Heyəti üzvü- Müstəqil),
Bekir Emre Haykır (İdarə Heyətinin üzvü- müstəqil),
Neslihan Tonbul (İdarə Heyətinin üzvü- müstəqil).



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu