22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Prokurorluq orqanlarında təyinatlar olub
Tarix: 06-09-2022 16:30 | Bölmə: Sosial

Prokurorluq orqanlarında təyinatlar olub




Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.
Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.
Baş Prokuror Kamran Əliyev Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərovun vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunması haqqında əmr də imzalayıb.
Baş Prokurorun digər əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini təyin edilib.


Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər