22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sumqayıt cüdoçularının növbəti uğuru
Tarix: 05-09-2022 22:12 | Bölmə: Sosial


31 avqust - 03 sentyabr 2022-ci il tarixlərində İtaliyanın Kalyari şəhərində paracüdo üzrə Avropa çempionatı keçirilmişdir. Çempionatda milli yığma komandanın tərkibində çıxış edən ikiqat Paralimpiya, ikiqat dünya, 7 dəfə avropa çempionu olan İlham Zəkiyev (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülmüşdür. Onun komanda yoldaşları Namiq Abbaslı (73 kq) və İsmayıl Muradov (60 kq) isə yarışın bürünc medalına sahib olmuşdur. Qeyd edək ki, idmançıların məşqçiləri müvafiq olaraq Azad Zahidov və İbrahim İbrahimovdur.
İdmançılarımızı təbrik edir və gələcək yarışlarda uğurlar arzu edirik!
Sabaha-inamla.az






Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər