22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Deputatın bu dəfəki tövsiyyəsi valideyn haqda oldu
Tarix: 04-09-2022 15:23 | Bölmə: Sosial



"Dəyərli gənclər, növbəti tövsiyəmi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyə də sizin üçün maraqlı və faydalı olacaq".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov yazıb.

Hər dəfə gənlər üçün maraqlı tövsiyyələr yazan Ceyhun Məmmədovun tövsiyyələri həmişə olduğu kimi bu dəfə də maraqlıdır.
Sabaha-inamla.az valideyn haqqı ilə bağlı olan həmin tövsiyyəni diqqətə çatdırır:
"Bu dəfə ki tövsiyəmiz valideyn haqqı ilə bağlı olacaq. Çalışın valideynlərinizə hər zaman xüsusi diqqətlə yanaşın, yüksək diqqət və qayğı göstərin, tez-tez vaxt tapıb baş çəkin, qucaqlayın öpün. Unutmayın ki, valideynini incidən, onların dəyərini bilməyən insan heç zaman həyatda uğur qazana, həyatı xeyirli və bərəkətli ola bilməz.
    Onu da bilməliyik ki, Allah qatında ən böyük günahlardan biri valideynin üzünə ağ olmaqdır. Quranda məşhur bir ayə var: “Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! (əl-İsra, 23). Nəinki valideynin sözünə baxmamaq, hətta çağıranda "uf" demək belə böyük günahdır.
    Onu da qeyd edim ki, həyatım boyu valideynlərimə xüsusi diqqət və qayğı ilə yanaşmağa, onlara əziyyət verməməyə çalışdım. Hansısa bir addım atanda birinci onları düşündüm.
   Ustad hər zaman mənimlə məsafə saxladı, öpməklə heç zaman arası olmadı. Ancaq son zamanlar ürəyimə sanki dammışdı. Hər dəfə görüşəndə və ayrılanda tutub öpürdüm".

   Əminik ki, bu tövsiyyəni oxuyan hər bi gənc, valideyninə diqqət və qayğı ilə yanaşacaq, hər zaman, onun qulluğunda duracaq, valideynini incitməyəcək,ona sağlığında qiymət verəcək,adını həmişə uca tutacaq!
Sabaha-inamla.az





Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu