22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Məhəbbət Kazımov da Laçın dağlarına Batabatdan baxardı-Artıq Laçın azaddır, bu həsrətə son qoyuldu
Tarix: 28-08-2022 14:37 | Bölmə: Sosial
Baş redaktor Namiq MƏMMƏDLİ və Ağaşirin Məmmədov- Naxçıvan- Şahbuz rayonu Batabat yaylağı

Işğal altında olan torpaqlarımız haqqında düşünəndə üzülmüşəm. Qarabağ həmişə ürəyimdə olub. Onun Prezidentimiz İlham Əliyev tərəfindən qaytarılacağını düşünmüşəm və bu barədə "Ulu öndərə" adlı şeirimdə və müsabiqəyə yazdığım-Qarabağ nominasiyasında olan yazılarda da göstərmişəm.
Prezidentimiz İlham Əliyev həqiqətən də bu həsrətə son qoydu. Hər dəfə qələbə xəbəri alanda sevinirdik...
Ordumuzun bu günlərdə Laçın rayonuna yerləşməsi də artıq ora qayıdışın yaxın vaxtlarda olmasından xəbər verir.
Uzun illər bundan qabaq Məhəbbət Kazımov və digər tanıdığım və tanımadığım insanlar Şahbuz rayonunun Babtabat yaylağına gəlirdilər. Ordan Laçın dağlarına baxırdılar. O dağları görmək onlar üçün bir təsəlli, ümid, qayıdış idi. Məhəbbət Kazımov elə ordaca Laçınım mahnısını oxuyardı. Artıq daha o dağlara Batabatdan baxmağa,Vətən həsrətinə,nisgilinə son qoyuldu. Laçınlıların Laçına getməyinə az bir vaxt qalıb. Yaşasın Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyev. Qarabağ Azərbaycandır. Laçın Azərbaycandır!

Namiq Məmmədli
Sabaha-inamla.az



Baxış sayı: 409


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu