Bütün xəbərlər
Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim olundu - Foto
Tarix: 26-08-2022 20:33 | Bölmə: Sosial

                   Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim olundu



Prezident İlham Əliyev tərəfindən təltif edilən SSRİ Xalq artisti Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim olunub.
Bu barədə “Qafqazinfo”ya Mədəniyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 26-da mədəniyyət naziri Anar Kərimov böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya ordeni təqdim edib. Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.
Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.






Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər