Bütün xəbərlər
Medianın İnkişafı Agentliyində Radu Magdin ilə görüş keçirilib
Tarix: 24-08-2022 22:41 | Bölmə: Sosial


Avqustun 24-də Medianın İnkişafı Agentliyində Rumıniyanın “Smartlink Communications” şirkətinin baş icraçı direktoru Radu Magdin ilə görüş keçirilib.

Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat verib.
O, media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Beynəlxalq Media Forumun əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Rumıniyanın “Smartlink Communications” şirkətinin baş icraçı direktoru Radu Magdin isə şirkətin müxtəlif ölkələrdə həyata keçirdiyi tədbir və təlimlərdən danışıb, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.
Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər