Bütün xəbərlər
Qənirə Paşayeva və Azərbaycan nümayəndə heyəti Ramazan Korkmazla görüşüb
Tarix: 24-08-2022 22:29 | Bölmə: Sosial

    MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Azərbaycan nümayəndə heyəti Qafqaz Universitetləri Birliyinin başqanı Prof.Dr. Ramazan Korkmazla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
    MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetinin evsahibliyi etdiyi, Qafqaz Universitetləri Birliyinin tərəfdaşlığı ilə keçirilən "VIII Uluslararası TÜRKCESS - Təhsil və Sosial Bilimlər Konqresi"nin yüksək səviyyədə baş tutduğuna və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Qafqaz Universitetləri Birliyinin başqanına təşəkkür edib.
    Nümayəndə heyətinin üzvləri ümidvar olduqlarını bildirib ki, Qafqaz Universitetləri Birliyi Azərbaycan ali təhsil ocaqları, o cümlədən mədəniyyətyönümlü universitetlərlə bundan sonra da daha sıx əməkdaşlıq edəcəkdir.
     Azərbaycan nümayəndə heyəti adından Prof.Dr. Ramazan Korkmaza Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Sabaha-inamla.az




Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər