Bütün xəbərlər
Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi
Tarix: 24-08-2022 20:52 | Bölmə: Sosial

                  Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi



Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilib.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, P.Kəngərli təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur.
Dövlət Komitəsindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.


Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər