Bütün xəbərlər
Kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı
Tarix: 18-08-2022 17:27 | Bölmə: Sosial

                    Kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı


Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini bu gün saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib.
“Qafqazinfo” xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil formasıQəbul planıQəbul olunubQəbul olma
  Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Dövlət ödənişsiz44784298108440698.39
Dövlət ödənişli53495053107516096.45
Özəl30028020300100.00
Cəmi101279631235986697.41
 
 
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat
Təhsil formasıQəbul planıQəbul olunubQəbul olma
  Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar86488451191864299.92
Xüsusi qabiliyyət tələb edən ixtisaslar1479118044122482.76
Cəmi101279631235986697.41
 
Abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər