Bütün xəbərlər
“Şəhidlərin ruhunun şad olmasını yağan yağış da bizə hiss etdirdi” - Video
Tarix: 15-08-2022 13:41 | Bölmə: Sosial

                    “Şəhidlərin ruhunun şad olmasını yağan yağış da bizə hiss etdirdi”



“10 ildir sizinlə” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzi şəhid əmanətləri, idmançılar və qaziləri bir araya topladı. Güləş üzrə Olimpiya çempionlarımız Toğrul Əsgərov, Rəsul Çunayev və dünya çempionumuz Ağahüseyn Mustafayev “Cəngavərlər Meydanı”nda qəhrəman övladlarına milli güləşin sirlərini öyrətdilər. Şəhidlərimizin milli geyimlərdə olan qız övladları isə cəngavər qardaşlarına qüvvət üçün qədimdən yaylaqlarda keçirilən güləş ənənələrinə uyğun olaraq qutablar hazırladılar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Mənim atam və mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı, “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov instaqram səhifəsində yazıb.
Milli ənənələrə uyğun keçirilən tədbirun görüntülərini paylaşan Qurbanov bu sözləri əlavə edib: “Hər zaman şəhid əmanətlərinin yanında olan Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.  Döyüşçü ruhunda yetişdirilən qəhrəman balaları atalarının da ruhunu şad edirlər. Bunu tədbirin sonunda göydən nur kimi bir neçə dəqiqəlik yağan yağış da bizə hiss etdirdi.”
Qeyd edək ki, uşaqların geyimləri Bakı Milli Geyim Evi tərəfindən hazırlanıb. 


               














Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər