Xüsusi Təyinatllı Qüvvələrin giziri Elvin İsgəndərovun doğum günü qeyd olundu-VİDEO-Sabaha-inamla.az-da
Tarix: 15-08-2022 10:48 | Bölmə: Sosial

Sumqayıtda şəhidlik zirvəsinə ucalmış şəhid gizir Elvin Akif oğlu İsgəndərovun doğum günü qeyd olunub.

                      

Əzizləri, yaxınları, döyüş yoldaşları şəhidin yaşadığı mənzidə olublar. Onunla bağlı xatirələrini danışıblar.
Elvin İsgəndərov 1988-ci il avqustun 14-də Şabran rayonunda anadan olub.
Ailəli idi. 3 övladı yadigar qaldı.
Elvin İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elvin İsgəndərov oktyabr 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

https://www.facebook.
com/namiq.memmedli.9/videos/610935560413816














Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər