Bütün xəbərlər
Aysel Kərim Monteneqronun Fəxri Konsulluğunu ziyarət etmiş və Fəxri Konsul Dr. Vüqar Əliyevlə görüşmüşdür
Tarix: 11-08-2022 17:01 | Bölmə: Sosial

     
     Bu gün 11 avqust tarixində Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi, İki dəfə Prezident təqaüdçüsü, Gənclər Mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Müdafiə Nazirliyi ilə birgə həyata keçirdiyi "Tarixi Yaşadanlar" adlı layihənin rəhbəri, YAP-üzvü Aysel Kərim Monteneqronun Fəxri Konsulluğunu ziyarət etmiş və Fəxri Konsul Dr. Vüqar Əliyevlə görüşmüşdür. Görüş zamanı bir çox məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. O cümlədən Azərbaycan mədəni həyatında mühüm rol oynayan tədbir və layihələr haqda, mədəni irsi əks etdirən mövzulara xüsusilə toxunulmuşdur.
     Aysel Kərim müəllifi olduğu "Kəpənəyin göz yaşı" adlı kitabını, Vüqar Əliyev isə müəllifi olduğu "Monteneqro- Adriatik sahilinin incisi" kitablarını qarşılıqlı bağışlayıblar.           
     Sonda xatirə fotosu çəkilib.
Sabaha-inamla.az




Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər