22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Talıstan kəndinə çəkilən içməli su xəttinin açılışı olub
Tarix: 03-08-2022 02:15 | Bölmə: Sosial


    İsmayıllı rayonunun Talıstan kəndinə çəkilmiş yeni içməli su xəttinin rəmzi açılışı münasibətilə tədbir keçirilib.
   Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, şəhid ailələri, kənd sakinləri iştirak edib.
İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən danışaraq, bu istiqamətdə Talıstan kəndində də təqdirəlayiq işlərin görüldüyünü vurğulayıb. Yeni su xəttinin çəkilməsində kənd sakinlərinin və bələdiyyənin əməyini yüksək qiymətləndirən rayon rəhbəri digər layihələrin icrasında da kənd sakinlərini icra orqanları ilə ilə birlikdə işləməyə dəvət edib. Nahid Bağırov həmçinin Talıstan kəndi ərazisində yerləşən Qaranohur gölü ərazisində turizm potensialını daha da genişləndirməklə əldə olunan gəliri kənddə yerli əhəmiyyətli layihələrin icrasına yönəltməyin vacibliyini vurğulayıb.
    Məlumat üçün bildirək ki, isti yay aylarında kənd əhalisinin suya olan təlabatını tam ödəmək məqsədilə yerli bələdiyyə və kənd sakinlərinin təşəbbüsü ilə başlanğıcını Qaranohur şəlaləsindən götürən və uzunluğu 2400 metr olan su xəttinin çəklişində dəmir və plastik borulardan istifadə edilib.

Sabaha-inamla.az









Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu