Bütün xəbərlər
Şahbuzda qadınlara dekorativ tətbiqi sənətin sirləri öyrədilir
Tarix: 02-08-2022 01:09 | Bölmə: Sosial



    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən Şahbuzda qadınların iştirakı ilə təlim keçirilib.
      AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayonunda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında keçirilən təlimdə 9 sağlamlıq imkanları məhdud və 9 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü, 3 dərnək rəhbəri olmaqla, ümumilikdə 21 qadın iştirak edib.
     Tədbirdə çıxış edənlər muxtar respublikada evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlərin və sosial layihələrin həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, bu gün keçirilən dekorativ tətbiqi sənət təlimi də görülən işlərin davamıdır.
      Vurğulanıb ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılmasına, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
     Təlimçi Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə qadınlara dekorativ tətbiqi sənətin sirlərini öyrədib, sənətkarlıq sahəsi ilə bağlı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Sonda müvafiq kateqoriyadan olan qadınların təlim müddətində hazırladıqları əl işlərinə baxış olub.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər