Bütün xəbərlər
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlər üçün müsahibə mərhələsi başa çatıb
Tarix: 29-07-2022 21:15 | Bölmə: Sosial

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb. Müsahibəmərhələsi27-29 iyul  2022-ci iltarixdəkeçirilib.
Qeydedəkki, İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsinin keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə DövlətKomitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.
Məlumat üçün bildirək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə TƏBİB-in tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərib.

Sabaha-inamla.az











Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər