22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
UNA Qlobal Media Konqresinə hazırlıq məqsədilə virtual konfrans keçirəcək
Tarix: 28-07-2022 18:21 | Bölmə: Sosial

              




AZƏRTAC-ın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Milli Xəbər Agentlikləri Birliyi (UNA) avqustun 1-də üzv ölkələrin xəbər agentlikləri üçün virtual formatda konfrans təşkil edəcək.
UNA-nın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi WAM agentliyi və Əbu-Dabi Milli Sərgi Kompaniyası (ADNEC) ilə birgə təşkil edəcəyi tədbirdə bu ilin noyabrında BƏƏ-nin paytaxtında regional və beynəlxalq media təşkilatlarının iştirakı ilə keçiriləcək Qlobal Media Konqresinə hazırlıq məsələləri müzakirə olunacaq.
UNA-nın baş direktoru Məhəmməd Al Yami bildirib ki, Qlobal Media Konqresində üzv xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsi, onların etibarlı və operativ informasiya sahəsində fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də diqqət mərkəzində olacaq. Onun sözlərinə görə, media sektorunda baş verən sürətli dəyişikliklər fonunda İƏT-ə üzv dövlətlərin milli xəbər agentlikləri arasında ideya və təşəbbüslərin mübadiləsi də aparılacaq.
WAM agentliyinin baş direktoru Məhəmməd Cəlal Al Raissi isə bildirib ki, UNA çərçivəsində təşkil olunacaq konfransda, həmçinin Qlobal Media Konqresində İƏT-ə üzv ölkələrin milli xəbər agentliklərinin birgə beynəlxalq və regional tədbirlər keçirməsi məsələsi də müzakirə olunacaq. O əlavə edib ki, tədbirlərdə əsas müzakirə mövzuları rəqəmsal texnologiyalardan istifadə, süni intellekt və media sektorunda innovasiyalar olacaq.
Qeyd edək ki, noyabrın 15-17-də Əbu-Dabidə “Media sənayesinin gələcəyinin formalaşması” mövzusunda keçiriləcək Qlobal Media Forumunda İslam ölkələri milli xəbər agentlikləri ilə yanaşı, dünyanın ən nüfuzlu agentlikləri, telekanalların rəhbərləri, həmçinin tanınmış ekspertlər iştirak edəcəklər.



Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu