22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Beynəlxalq Media Forumun xarici ölkələrdən gələn iştirakçıları AZƏRTAC-da olublar
Tarix: 23-07-2022 23:23 | Bölmə: Sosial
Medianın İnkişafı Agentliyinin Milli Mətbuat Günü münasibətilə Şuşada təşkil etdiyi “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumun xarici ölkələrdən gələn iştirakçıları ilə iyulun 23-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) görüş keçirilib.
Qonaqlar əvvəlcə AZƏRTAC-ın yeni binası ilə tanış olublar. Onlara bina haqqında məlumat verilib. Xarici qonaqlar ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeylə tanış olublar. Xarici media qurumlarının təmsilçiləri AZƏRTAC-ın xəbər zallarında, multimedia redaksiyasında və digər şöbələrdə iş şəraiti ilə maraqlanıb, kollektivin üzvləri ilə söhbət ediblər. Bildirilib ki, ən müasir texnoloji avadanlıqların quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları var.
Sonra qonaqlarla görüş olub. Qonaqları AZƏRTAC-da salamlamaqdan məmnunluq duyduğunu bildirən Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov Beynəlxalq Media Forumun Şuşada keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Forumda medianın inkişafı, informasiya sahəsində yeni trendlər, təcrübə mübadiləsi barədə səmərəli müzakirələrin aparıldığını deyən Aslan Aslanov xarici qonaqların böyük əksəriyyətinin AZƏRTAC-ın dəvəti ilə tədbirə qatıldığını qeyd edib. İdarə Heyətinin sədri Azərbaycanın dilbər guşələrindən olan Qarabağın və Şərqi Zəngəzurun otuz ilə yaxın Ermənistanın işğalı altında qaldığını, həmin ərazilərdəki şəhərlərin, kəndlərin, tarixi-mədəni irsin tamamilə dağıdıldığını, bu vandalizmi qonaqların Füzulidə və mədəniyyət paytaxtımız Şuşada öz gözləri ilə gördüklərini bildirib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə nəticəsindən işğaldan azad edilən ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin fasiləsiz həyata keçirildiyini, Böyük Qayıdışa artıq başlanıldığını qeyd etdi.
İdarə Heyətinin sədri qonaqlara AZƏRTAC-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, dünya informasiya məkanında yeri və mövqeyi barədə məlumat verdi. Qeyd etdi ki, ilk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən AZƏRTAC hazırda 11 beynəlxalq və regional media qurumunun üzvüdür. Hazırda Azərbaycan AZƏRTAC-ın timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) vitse-prezident, İslam Ölkələri Xəbər Agentlikləri Təşkilatında (UNA) büro üzvüdür. 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası keçirilib və Agentliyimiz üç il ərzində bu qurumlara sədrlik edib. Bu görüşdə iştirak edən qonaqların böyük əksəriyyətinin təmsil etdiyi agentliklərlə AZƏRTAC-ın sıx əməkdaşlıq əlaqələri var. Bu əlaqələr bizə fəaliyyətimizdə qarşılıqlı təcrübəmizdən faydalanmaq imkanı yaradır.
Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədri professor Matz Muhi Əbdülhəmid Obada işğaldan azad edilmiş ərazilərə səfər zamanı böyük quruculuq işlərinin şahidi olduğunu söyləyib. Bildirib ki, bu bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir.
Özbəkistanın UzA Agentliyinin beynəlxalq informasiya redaksiyasının baş redaktor müavini Abror Qulamov qardaş ölkələrimizin eyni tarixə, mədəniyyətə malik olduğunu deyib. O qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Özbəkistan arasında sıx münasibətlər qurulub. Hazırda ölkələrimizin prezidentləri dövlətlərimiz arasındakı bu dostluq əlaqələrini uğurla davam etdirirlər. Bu işdə milli informasiya agentliklərimizin böyük əməyi var.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin departament rəhbəri Abbas Gökhan Ölməz ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Türkiyə vətəndaşları üçün ikinci vətəndir. O, həmçinin Beynəlxalq Media Forumunun Azərbaycanın Qarabağ müharibəsindəki Zəfərinin dünyaya çatdırılması baxımından önəmini xüsusi vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) xarici əlaqələr və strateji inkişaf üzrə direktoru Yunus Labbu diqqətə çatdırıb ki, UNA Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək. O, təşkilatın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində AZƏRTAC ilə əlaqələrin əhəmiyyətini vurğulayıb.
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, bu gün AZƏRTAC beynəlxalq media məkanında etibarlı informasiya mənbəyi kimi tanınır. O, AZƏRTAC-ın nüfuzlu beynəlxalq media qurumlarına uğurla sədrlik etdiyini və həmin təşkilatların fəaliyyətinə yeni çalarlar gətirdiyini diqqətə çatdırıb. Azərbaycanda azad medianın fəaliyyəti və inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayan M.Qusman deyib: “Mən hər zaman Azərbaycanda azad medianın olduğunu xüsusi vurğulamışam. Şuşada keçirilən Beynəlxalq Media Forum bir daha təsdiq etdi ki, Azərbaycanda azad media mövcuddur”.
Müzakirə formatında davam edən görüşdə qonaqlar Beynəlxalq Media Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Sonra xarici qonaqların sualları cavablandırılıb.
Görüşdən sonra qonaqlar AZƏRTAC-ın yeməkxanasında nahar ediblər.
Baxış sayı: 429
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi