22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Müharibə qazilərdə psixoloji problemlərə səbəb olur”
Tarix: 20-07-2022 20:09 | Bölmə: Sosial

                    “Müharibə qazilərdə psixoloji problemlərə səbəb olur”



"Müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyası olduqca vacibdir".
"Qafqazinfo" xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib.
O bildirib ki, müharibədə olan hadisələr qazilərdə müəyyən psixoloji problemlərə səbəb olur: "Xüsusən də, onların müharibədən 1 ay, 6 ay müddət keçdikdən sonra aldıqları travmalar posttravmatik stress formasında özünü göstərməyə başlayır. Buna görə də müharibədə iştirak etmiş hər bir qazi cəmiyyətə adaptasiya edilməlidir. Xoşagəlməz halların qarşısını almaq üçün müharibə iştirakçılarına, qazilərə peşəkar psixoloji yardımlar göstərilməlidir. Bu olmadıqda problemlər daha da böyüyür. Bu səbəblə də, qazilərlə xüsusi psixoloq qrupunun işləməsi, treyninqlərin keçirilməsi olduqca vacibdir. Son baş verən hadisələr də mühüm addımların atılmasının necə vacib olduğunu göstərir”.
M.Mustafayevin sözlərinə görə, dövlət, hökumət bu sahədə mühüm işlər görür: “Amma bununla yanaşı, Qeyri-Hökumət Təşkilatları, psixoloqlar, sosioloqlar da məhz bu milli məsələni aradan qaldırmaq üçün birgə iş ortaya qoymalıdır. Müharibə iştirakçıları və qazilərə, hətta onların ailə üzvlərinə də psixoloji yardım göstərilməlidir. Bu, baş göstərən xoşagəlməz halların qarşısını almağa yardım edəcək”.
Qeyd edək ki, müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə veteranı intihar edib. Mütəxəssislər “Vyetnam sindromu” termini ilə baş verənlərin görünməyən tərəflərini ortaya çıxarıblar.
Hazırda Ukraynada davam edən müharibədə də bu hallara tez-tez rast gəlinir. Belə ki, Ukraynanın Baş hərbi prokuroru Anatoli Matios bildirib ki, Donbasın ilhaqından sonra ən azı 554 hərbçi intihar edib. Onun sözlərinə görə, döyüşlər zamanı 3784 Ukrayna əsgəri həlak olub və belə çıxır ki, öldürülən hər yeddi əsgərə bir nəfər intihar edən düşür.



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu