19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
“Media məsuliyyət hissini unutmamalıdır”
Tarix: 20-07-2022 19:23 | Bölmə: Sosial
"Bu gün ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların, o cümlədən azad mətbuatın inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, mətbuatın inkişafı hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir.
Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Azərbaycanda internet azaddır, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür. Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları hesabatlarında Azərbaycanı “qeyri-azad ölkə” kimi təqdim edəndə Azərbaycan dövləti onlara cavab olaraq bildirir ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu, medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərhəd, məkan, zaman tanımayan bugünkü qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.
Zamanın, dövrün tələblərinə uyğun təkmilləşən, yeniləşən Azərbaycan mətbuatından ictimaiyyətin gözləntiləri hər zaman müzakirə olunan məsələlər sırasındadır. Bu müzakirələrin əsas mövzusu milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını həmişə uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin bu gün mətbuatdan gözləntisi isə tarixi Zəfəri ilə dünyaya səs salan, adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazan Azərbaycanın postmünaqişə dövrünün reallıqlarını ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaqdır. Azərbaycanın tarixi həqiqətlərinin təbliğində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən mətbuatımızın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi fədakarlıqlar dövlət başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti ötən il Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində jurnalistlərlə görüşündə də bu kimi məqamlardan geniş bəhs edərək hazırki dövrün tələblərinin nədən ibarət olduğunu açıqladı”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnаlist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin reallıqları bütün sahələrdə islahatların dərinləşdirilməsini bir tələbə çevirdi: “Şübhəsiz, cəmiyyətin güzgüsü olan mətbuat bu prosesdən kənarda qala bilməzdi. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı dövrün çağırışlarını, cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərini özündə tam şəkildə ehtiva edib. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan həmin sənədə uyğun olaraq “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı”.
Baş redaktor mətbuatdan gözləntilərə diqqət yetirməyin səbəbsiz olmadığını xüsusi vurğulayıb: “Son zamanlar bir sıra mətbu orqanlarda intihar halları ilə bağlı xəbərlərin geniş yayılmasını təəssüf hissi ilə qeyd edirik. Yazının əvvəlində mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü diqqətə çatdırdıq. Bu halda cəmiyyətə təqdim olunan informasiyaların obyektivliyi ilə yanaşı, hadisələrin baş vermə səbəblərinin düzgün araşdırılmasına, yanlış şərhlərin ölkə ictimaiyyətində doğuracağı ajiotaja diqqət yetirmək gərəkdir. Baxmayaraq ki, bəzi media subyektləri belə səpkili informasiyalardan özlərinin oxucu auditoriyalarını genişləndirmək üçün bir vasitə kimi bəhrələnməyə çalışırlar. Amma bunun yaş kateqoriyasından asılı olaraq insanlarda, cəmiyyətdə hansı fəsadları yaradacağını da unutmamalıyıq. Bu informasiyalar sırasında daha çox gənclərin intiharının qabardılması, ictimailəşdirilməsi həyəcan təbilinin çalınmasına səbəb olmaya bilməz. Bu baxımdan ki, hər gün bu səpkili informasiyaların yükünün artırılması sanki belə halların baş verməsinin zəruriliyi barədə rəy yaradır ki, bundan da əziyyət çəkən, zərbə alan gənclikdir. Bir mühüm məqamı da unutmayaq ki, istər yaşanan hər hansı bir hadisə, istərsə də mətbuat səhifələrinə çıxarılan informasiyaların insanlar tərəfindən qəbulunda da fərqliliklər mövcuddur. Bu kimi tükürpərdici, narahatlıq doğuran məlumatların təqdim edildiyi auditoryanı da göz önünə gətirməyə böyük ehtiyac var”.
Vüqar Rəhimzadə belə narahatlıq doğuran informasiyalar sırasında son zamanlar bəzi qüvvələrin Vətən müharibəsi qazilərinin adından sui-istifadə etmək cəhdlərini qeyd edib: “Bu, danılmaz faktdır ki, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərə dövlətin diqqət və qayğısı davamlı xarakter daşıyır. Bunu əsaslandırmaq üçün istər onların sosial məsələlərinin, istərsə də qazilərimizin sağlamlığı ilə bağlı problemlərinin həlli istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bəzi media orqanlarında yer alan intihar hadisələri arasında qazilərimizin də adlarının hallandırılmasının arxasında hansı niyyətlərin dayandığı məlumdur. Bu, baş verən hadisədən öz çirkin niyyətini həyata keçirmək üçün istifadə edənlər üçün adi görünsə də, cəmiyyət onların qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximizin yazılmasından keçirdiyi qürur hissi ilə paralel olaraq böyük mənfiliklə qabardılan hadisələrin şokunu yaşayır”.
Baş redaktor onu da əlavə edib ki, belə informasiyaların təqdimatında jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, haqlı olaraq ictimai qınağa səbəb olur: “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin bu günlərdə yaydığı açıqlamada vurğulanır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz”.
Vüqar Rəhimzadə medianın uşaqlara münasibətində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməsinə çağırışların əsas yer tutduğunu bildirib: “Ümumilikdə unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. Bu, o demək deyil ki, baş verən hadisələrə laqeyd yanaşılır, sıradan bir olay kimi qəbul olunur. Sadəcə intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları təqdim edərkən medianın ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşılmalı, peşəkar həssaslıq nümayiş etdirilməlidir. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsasdır. Belə halların baş verməməsi üçün onları mətbuat səhifələrinə çıxarıb ictimailəşdirmək yox, baş verənlərin səbəblərinin araşdırılması, belə hallara yox demək üçün maarifləndirici tədbirlərin işıqlandırılması, təhlili yazıların verilməsi gərəkdir. Hər bir mətbu orqan qarşısında dayanan prinsiplərə əməl edib, ictimaiyyətin informasiya tələbatını onun gözləntiləri fonunda ödəməklə daha böyük rəğbət qazanar. İntihar hadisələrinin təbliği vasitəsilə oxucu auditoriyasını genişləndirmək cəhdi heç bir media subyektinə başucalığı gətirməz”.
Baxış sayı: 386
Bölməyə aid digər xəbərlər

1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi