22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Şuşada biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi təşkil olunub
Tarix: 18-07-2022 00:11 | Bölmə: Sosial


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)  22 iyul - Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında iki günlük təlimə start verib. “Şuşa ili” çərçivəsində keçirilən təlim tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan mədəniyyət paytaxtı – Şuşa şəhərində təşkil edilib.
Təlimin ilk günündə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların bir istiqaməti də azad və müstəqil medianın inkişafıdır. Xüsusən də, biznes və iqtisadi jurnalistika ictimai rəyin formalaşmasına töhfə verməklə, həm də vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının əsas atributu olan rəqabət mexanizminin inkişafında böyük rol oynayır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, təlim çərçivəsində aparılan fikir mübadiləsinin media nümayəndələrinin peşə fəaliyyəti üçün xüsusi  əhəmiyyət daşıdığını, həmçinin iqtisadi jurnalistikanın biznes, cəmiyyət və dövlət münasibətlərinin inkişafındakı rolunu vurğulayıb.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edir. İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Sabaha-inamla.az










Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu