Bütün xəbərlər
DİM bu imtahanların nəticələrini açıqladı
Tarix: 15-07-2022 22:49 | Bölmə: Sosial

                    DİM bu imtahanların nəticələrini açıqladı


Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il 12 iyun və 7 iyul tarixlərində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 13-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 16-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması üzrə də imtahanlar keçirilib.
DİM-dən "Qafqazinfo"ya verilən xəbərə görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanlarda 2190 namizəd və iddiaçı (1699 nəfər doktoranturaya qəbul, 482 nəfər fəlsəfə doktoru, 9 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Ümumilikdə 41 nəfər imtahana gəlməyib.


Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər