Bütün xəbərlər
Yol polisinə yeni rəis təyin olundu
Tarix: 14-07-2022 20:41 | Bölmə: Sosial

                  Yol polisinə yeni rəis təyin olundu



Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Müşviq Əliyev Goranboy rayon Yol Polisi Şöbəsinə rəis təyin olunub.
M.Əliyev bu təyinata kimi Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi vəzifəsində çalışıb.
Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər