Bütün xəbərlər
Nazirə yeni müşavir təyin edildi - Foto
Tarix: 06-07-2022 19:56 | Bölmə: Sosial

                     Nazirə yeni müşavir təyin edildi


Səhiyyə Nazirliyində yeni təyinat olub.
“Qafqazinfo”nun məlumatına görə, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə naziri Teymur Musayevin yeni müşaviri təyin edilib.
R.Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsini icra edəcək.
Qeyd edək ki, Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.
O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib