Bütün xəbərlər
Zəngin mənəviyyata, böyük ürəyə, sonsuz humanizm hissinə malik olan insanlar xeyirxah əməllərin sahibinə çevrilirlər-Leyla Əliyeva məhz belə insanlardan və şəxsiyyətlərdəndir
Tarix: 03-07-2022 19:22 | Bölmə: Sosial

Zəngin mənəviyyata, böyük ürəyə, sonsuz humanizm hissinə malik olan insanlar xeyirxah əməllərin sahibinə çevrilirlər.
İctimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyeva məhz belə insanlardan və şəxsiyyətlərdəndir.
Xoşbəxtəm ki, Leyla xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə xeyriyyə aksiyaları və diaspor hərəkatının genişləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsində iştirak etmişəm.
Bu gün Leyla xanım Əliyevanın doğum günüdür.
Bu gözəl gün münasibətilə Leyla xanımı təbrik edir, ona can sağlığı, dövlətimizin, tarix və mədəniyyətimizin, ədalətin dünyada təbliğində yeni uğurlar arzu edirəm!


Emin Hacıyev,
Milli Məclisin deputatı




Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər