Bütün xəbərlər
Sumqayıt tennisçilərinin Azərbaycan birinciliyində növbəti uğuru
Tarix: 01-07-2022 22:01 | Bölmə: Sosial

26-29 iyun 2022-ci il tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində şəhid Genral Polad Həşimovun xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə şəhər və rayonların komandalarının 150-dən çox idmançısı mübarizə aparmışdır. Üç gün davam edən gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançılarından Yağmur Məmmədli qızıl, Xədicə Eylazova gümüş, Uğur Nəzərli isə bürünc mükafata layiq görülmüşlər.
Sabaha-inamla.az





Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər