İlahiyyat İnstitutu beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir
Tarix: 29-06-2022 22:23 | Bölmə: Sosial

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Batman Universiteti arasında“Mövlana” və “Erasmus+” proqramları çərçivəsində əməkdaşlıq protokolları imzalanıb.
Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov və Batman Universitetinin rektoru, professor İdris Demir imzalayıblar.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradıb.
Sabaha-inamla.az




Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər