Bütün xəbərlər
Hadrutda daha bir hərbi hospital istifadəyə veriləcək
Tarix: 27-06-2022 16:46 | Bölmə: Sosial

                   Hadrutda daha bir hərbi hospital istifadəyə veriləcək



“İşğaldan azad olmuş ərazilərdə şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə dörd ədəd yeni və tam təchizatlı tibb məntəqəsi, Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilmiş, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov AzərTAC-a müsahibəsində deyib. 
“Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilmiş, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb.
Qoşunların hərəkət qabiliyyətinin yüksəldilməsi və hərtərəfli təminatının fasiləsiz yerinə yetirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu inkişaf etdirilib, yeni yolların çəkilməsi və bərpası işləri aparılmış, ümumilikdə 800 km-dən çox yeni yol çəkilib”, - Həsənov qeyd edib. 
 


Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər