21:06 / 17-08-2022
Quterreş Lvova getdi
MN rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar+Video
Tarix: 27-06-2022 00:45 | Bölmə: Sosial

               MN rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi


Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Nazirliyin rəhbərliyi İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.
Ziyarət vaxtı general-polkovnik Kərim Vəliyev şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib və  aidiyyəti üzrə müvafiq göstərişlər verib.



             






Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər