Bütün xəbərlər
Şuşada ilk yaşayış binalarını bu şirkət tikəcək - Foto
Tarix: 24-06-2022 14:37 | Bölmə: Sosial

                   Şuşada ilk yaşayış binalarını bu şirkət tikəcək



Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkəti müəyyən edib.
Bu barədə “Qafqazinfo”ya İdarədən bildirilib.
Qeyd edilib ki, Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub. 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanıb: “Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq. Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir”.
Qeyd edək ki, “Conco” QSC Bakıda MİDA-nın sifarişi ilə sosial mənzil kompleksində bir neçə binanın tikintisini də həyata keçirib.


                   



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər