Bütün xəbərlər
Sumqayıtda gənclər təşkilatları arasında keçirilən şəhər turnirinə yekun vuruldu
Tarix: 13-06-2022 12:32 | Bölmə: Sosial


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 10-11 iyun 2022-ci il tarixlərində Nəsimi adına Mədəniyyət və İstirahət parkının idman sağlamlıq mərkəzində “15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş gənclər təşkilatları arasında voleybol üzrə şəhər turniri keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt “Asan Xidmət” Mərkəzinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. 27 nömrəli tam orta məktəbin və Gənclər və İdman Baş İdarəsinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olumuşlar.

Sabaha-inamla.az












Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər